Son mesaj - Gönderen: Editör - Çarşamba, 01 Şubat 2017 09:01
Bazı insanlar alçak gönüllüdür, bazıları da alçak olmaya gönüllüdür...
Haberler

HaberlerGÜNCEL HABERLERFAHRETTİN ÇELİK YAZILARI AZERBAYCAN MEDYASINDA   
FAHRETTİN ÇELİK YAZILARI AZERBAYCAN MEDYASINDA

Azerbaycan'da yayınlanan "inform.az" isimli sitede Azerbaycan Türkçesine çevrilerek yayınlanan Sitemiz Sahibi Fahrettin Çelik'in "Ramazan'ın Hikmetleri" isimli yazısı...

Ramazanın hikmətləri

Bizləri bir daha mübarək Ramazan ayına qovuşduran Allaha şükürlər olsun. Bəzi insanların "ac və susuz" qalma ayı kimi dəyərləndirdiyi bu ay, əslində ruzi, bərəkət və bolluq ayıdır.

Ramazan, insanların bir-birini daha çox anladığı, səbrin arttığı və sosial rifahın hakim olduğu bir aydır.

Hamımız televiziya ve qəzetlər vasitəsilə acından və susuzluqdan tələf olan insanları hər gün izləməkdəyik. Ancaq bütün bunlar özümüzün ac və susuz qalması qədər təsirli ola bilərmi? Oruc, müharibələrin bitmədiyi, talanın vüsət aldığı, qan və göz yaşlarının axdığı, yoxsulluğa məhkum edilmiş insanların yaşadığı dünyada səfalətin, aclığın, susuzluğun, yuxusuzluğun nə demək olduğunu bizlərə anlatmaqdadır.

Yalnız özümüz də bu hissləri yaşadığımız zaman yoxsullara yardım etmək, onların sıxıntılarını aradan qaldırmaq istəyimiz arta bilər.

Normal zamanda insanların hər birinin yaşamı fərqlidir. Hər bir insan fərqli şeylər yeyib-içər. Halbuki, Ramazan ayında hamı eyni anda acdır, hamı eyni anda susuzdur, hamı eyni anda iftar açır. Orucluq dönəmində birinin yeməsi və birinin buna baxması tablosu da ortadan qalxmış olur.

Oruc eyni zamanda, nəfsin pisliklərdən, düşmani duyğulardan təmizlənməsi, bədənin və məkanın təmizliyi üçün bir vəsilədir. Nə qədər varlı olursan ol, orucluq hamının eyni zamanda yoxsul olmasını təmin etməkdədir. Təravih namazları isə bədən üzvlərimizin xəstəliklərdən müalicəsinə vəsilə olmaqdadır.

İftar süfrələrinə dəvət edilən dost-tanış, qohum və yoxsulların bir araya gəlməsi sosial rifahın möhkəmlənməsinə xidmət etməkdədir. Günün müəyyən bir hissəsini yemədən, içmədən keçirmək, çətinliklərə qarşı səbr etmək, savaş, zülm kimi ixtişaşlara hazırlıqlı olmağı öyrədir.

Müasir dünyamızın ən böyük mənəvi çöküntülərindən olan şəhvət duyğularına da məhz oruc sayəsində hakim olmaq mümkündür. Belə ki, nəinki yadlardan, orucluq dövründə insanlar hətta öz halallarına belə, şəhvətlə yaxınlaşmaqdan özlərini qoruyurlar. Bununla da, Ramazanda insanı yerden-yerə vuran şəhvət hissi nəzarət altına alınmış olur.

Ramazan ayının sonunda Allah-Təala öz qullarına hədiyyə etdiyi bayramla, xöşbəxt olmaq, yaxınlarının sevincini paylaşmaq, küsülülərin barışması kimi gözəl duyğuları aşılayır insana.

Bütün bunlar həyatımızın daha gözəl keçməsinə vəsilə olarkən, burada ən önəmli məsələ, Allahın əmrlərini yerinə yetirməyin bizlərə bəxş etdiyi xoşbəxtliyi yaşamaqdır.

Ramazanla bağlı peyğəmbərimiz hədislərinin birində belə buyurmaqdadır: "Ramazan gəldiyi zaman Cənnət qapıları açılır, Cəhənnəm qapıları bağlanır, şeytanlar da bağlanır". Allahım, bizləri bu aydan xeyir görənlərdən et.

Ramazanı haqqı ilə yaşamağı nəsib et. Bütün İslam Dünyasına sülhün hakim olması diləyi ilə xeyirli Ramazanlar.

Fahrettin Çelik/ Inform.az
Türkiyə




Gönderen Editör, Cuma, 26 Haziran 2015 12:41, Yorumlar(0)
Yorumlar


MKPNews ©2003-2008 mkportal.it
 
Samsat Haber @ Fahrettin ÇELİK

MKPortal ©2003-2008 mkportal.it

Haber Siteleri